banner
banner

Dünya

Türkiyə Rusiyaya uçuşları bərpa etdi

Türkiyə Rusiyaya uçuşları bərpa etdi
Türk aviaşirkəti Pegasus Airlines yanvarın 15-dən Rusiyaya uçuşları bərpa edib.

Bu barədə şirkətin internet səhifəsində informasiya yerləşdirilib.
 
“Reyslər yanvarın 4-dən dayandırılmışdı. Buna səbəb ekipaj üzvlərinin viza ala bilməməsi idi. Hazırda bu sənədlə bağlı problem tam həll edilib. Uçuşların bərpa edilməsinə Türkiyə Nəqliyyat Nazirliyi, eləcə də ölkənin Xarici İşlər Nazirliyi və mülki aviasiya idarəsi, həmçinin Rusiyanın Ankaradakı səfirliyi dəstək göstərib”, - deyə məlumatda qeyd olunur.
 
Yanvarın əvvəlindən Pegasus Airlines Rusiya Federasiyasına uçuşları dayandırdığını bəyan etmişdi. Bu qərar ekipaj üzvlərinin Rusiya vizasını ala bilməməsinə görə verilmişdi.
 
"Pegasus Airlines" Türk Hava Yollarından sonra Rusiyaya müntəzəm uçuşlar təşkil edən ikinci aviaşirkətdir. Bu şirkət Moskva və Krasnodara həftədə 7 reys həyata keçirir. "Pegasus Airlines"in uçuşlarını 66 təyyarə reallaşdırır.
 
Xatırladaq ki, 2015-ci ilin noyabrında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsinin Türkiyə hava qüvvələri tərəfindən vurulması iki ölkə arasında münasibətləri gərginləşdirib.
 
Bundan sonra Türkiyəyə bəzi sanksiyalar tətbiq edildi. Nəticədə Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoydu, çarter reyslərini ləvğ etdi, eyni zamanda, birtərəfli qaydada vizasız rejimi dayandırdı.
 
Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi xüsusi iqtisadi tədbirlər 2016-cı il yanvarın 1-dən qüvvəyə minib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.