banner
banner

Dünya

Terrorçuların otelə hücumu nəticəsində 20 nəfər ölüb

Terrorçuların otelə hücumu nəticəsində 20 nəfər ölüb
Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində silahlıların otelə hücumu nəticəsində 20 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə paytaxt xəstəxanasının baş həkimi Rober Sanqare bildirib.
“Ölənlərin sayı barədə dəqiq məlumat yoxdur, lakin şahidlər azı 20 nəfərin öldüyünü bildirirlər. Xəstəxanamıza indiyədək 15-dən çox yaralı daxil olub”, deyə R.Sanqare qeyd edib.
 
Burkina-Fasonun xarici işlər naziri Alfa Barri insident zamanı ölənlərin olduğunu təsdiqləyib. Onun sözlərinə görə, ölənlərin və girov götürülənlərin vətəndaşlığı hələ müəyyən edilməyib. Yanvarın 15-də naməlum silahlılar Burkina- Fasonun paytaxtındakı “Splendid” otelinə hücum edib.
 
Hücuma görə məsuliyyəti “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı” öz üzərinə götürüb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.