banner
banner

Gündəm

İstanbuldan Bakıya uçuşlar dayandı - Foto

İstanbuldan Bakıya uçuşlar dayandı -

Sabah Türkiyənin İstanbul şəhərindəki Atatürk və Sabiha Gökçen hava limanlarından Azərbaycana gələcək aviareyslər ləğv edilib.

Cia.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu barədə Türk Hava Yollarının (THY) rəsmi internet saytında bildirilib.

Məlumata görə, sabah gözlənilən meteoroloji qar çovğunu ilə bağlı İstanbuldakı Atatürk və Sabiha Gökçen hava limanlarında daxili və xarici hətta planlaşdırılan 246 aviareys ləğv edilib. Həmçinin 18 yanvar 2016-cı il tarixində saat 08:15 və 14:30-da İstanbuldan Bakıya gələn Türk Hava Yollarına məxsus 2 aviareys də ləğv edilib.

LakinHeydər Əliyev Beynəlxalq Aeroportunun informasiya mərkəzindən verilən məlumata görə, 18 yanavar 2016-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 14:35-də İstanbula qalxmalı olan aviareysin ləğv edilməsi ilə bağlı hər hansı bir məlumat daxil olmayıb.

Türkiyənin yerli metroloji hava bürosunun verdiyi məlumatlara görə, İstanbulda 10 ilin ən güclü çovğun xəbərdarlığı edilib. Zəruri olan halda yalnız ictimai nəqliyyatdan istifadə edilməsi məsləhət görülür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.