banner
banner

Sosİal

“Qanunsuz” evlər təcili sənədləşdirilməlidir – DEPUTATDAN ÇAĞIRIŞ

“Qanunsuz” evlər təcili sənədləşdirilməlidir –
Bu gün Azərbaycanın o bölgəsi, o yaşayış məntəqəsi tapılmaz ki, orada sənədsiz binalar, xüsusilə yaşayış evləri olmasın.
İş o yerə çatıb ki, ölkənin paytaxtı Bakıda da belə neqativ hallar yaşanır.
Və ən qəribəsi odur ki, “bütün dünyanın” gözü önündə Bakıda hündürmərtəbəli binalar tikilir, həmin binalara qaz verilmir. Hətta məlum olur ki, bu binaların sənədləri yoxdur.
Bəs, qanunsuz olaraq belə binaları necə tikə bilirlər? Doğrudanmı müvafiq qurumlar bunu görmürlər? Görmürlərsə, demək işlərinin öhdəsindən gələ bilmirlər. Yox, özlərini görməzliyə vururlarsa, bu daha böyük cinayətdir. İstənilən halda bunun əziyyətini sadə kütlə çəkir.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı məsələ ilə bağlı Modern.az-a bildirib ki, bu gün ölkənin bütün rayonlarında minlərlə guya qeyri qanuni səxsi evlər tikilib. Yüzlərlə “novostroykalar”da insanlar yaşayır, lakin həmin binalar “təhvil alınmayıb” adı altında vətəndaşlar bu ev və mənzillərə sənəd ala bilmirlər. Çox təəssüf  ki, belə hallar var və bu, insanlarımız üçün ciddi problemdir”.
“Hətta bəzən qanunsuz adlandırılan həyət evlərini söküb dağıdırlar. Bu məsələyə münasibətiniz necədir?” sualına xanım deputat “Hesab edirəm ki, hər iki məsələ təcili həll edilməlidir. Qanunsuz tikilən həyət evləri ilə bağlı bir neçə il bundan qabaq Möhtərəm Prezidentimiz müvafiq İcra strukturlarına rəsmi tapşırıq verdi. Məsələyə Milli Məclisdə baxıldı. Artıq müvafiq qərar var. Ona görə də düşünürəm ki, həm Bakıda, həm də rayonlarda bu problem tezliklə həllini tapmalıdır. 
 
Çünki əks təqdirdə ciddi problemlər yaranır. Bir də görürsən illər öncə tikilmiş evlər sökülür. Bu da çox ciddi sosial narazılıqlar yaradır. Sual olunur, bu evlər tikiləndə guya əlaqədar qurumlar, yaxud insanlar bunu görmürdülər.
 
Digər məsələ, “novostroykalar...”dır.  Burada da cox ciddi problemlər var. Yenə də illərdir ki, hamının gözü önündə vətəndaş bu evdə yaşayır, amma sənədləşdirmə aparılmır. O zaman niyə bu evlərdə yaşamağa icazə verilir. Axı sahibkarlarla müxtəlif strukturlar arasındakı hansısa məsələnin vətəndaşa nə aidiyyatı var. Ona görə hesab edirəm ki, bu məsələlərin təcili həll olunmasına ehtiyac var, uzandıqca problemlər və narazılıqlar çoxalır”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.