Əməkdar artist Sevda Əlkəkbərzadə ilə həyat yoldaşı arasında soyuq küləklər əsir.
Cia.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, müğənni boşanmaq barədə vəkilinə müraciət edib.
ABŞ-da bizneslə məşğul olan Kamiyar Sevda Ələkbərzadə ilə vaxtarışı görüşə bilməyir, cütlük arasında söz-söhbətlər yaranmağa başlayıb, soyuqluq yaranıb. Hətta iş adamı müğənninin anasının yas mərasiminə gəlməyib. Kamiyar sosial şəbəkədə toy və Sevda Ələkbərzadə ilə birlikdə olduğu bütün fotoları silib. Müğənni ailə həyatındakı dəyişikliyi böyük səylə mətbuatdan gizli saxlayır.
Qeyd edək ki, Sevda və Kamiyar cütlüyü ötən ilin may ayında ailə həyatı qurmuşdu. Cənubi Azərbaycandan olan iş adamı Sevda Ələkbərzadə ilə Türkiyədə tanış olmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.