Stil ikonu Viktoriya Bekhem London küçələrində paparassilərin hədəfində olub. Səhər yeməyi üçün otellərdən birinə yollanan 41 yaşlı dizayner yenidən sevimli qara rənginə qayıdıb. Başdan-ayağa qaraya bürünən Viktoriya qara gün eynəyindən istifadə edib. Şalvarı, bluzu və uzun paltosu eyni rəngdə olan V.Bekhem bir qədər əvvəl fərqli rəngdə olan geyimlərə üstünlük verməyə başlasa da, yenidən öz stilinə qayıdıb.
Qeyd edək ki, keçmiş futbolçu Devid Bekhemlə ailəli olan, 4 uşaq anası Viktoriya müsahibələrində dəfələrlə qara rəngi çox sevdiyini və aksesuar kimi eynəyi xoşladığını bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.