Müğənni Rəqsanə İsmayılova növbəti dəfə ana olmağa hazırlaşır.
Müğənni hamilədir və 3-cü övladını dünyaya gətirəcək. O, riskli və çətin bir hamiləlik dövrü keçirir.
Bu arada bildirək ki, Rəqsanə ana olmaq üçün xeyli müddətdir ki, müalicə alıb. Hətta ifaçının süni mayalanma üçün Türkiyəyə getdiyi xəbərləri də yayılmışdı.
Qeyd edək ki, Rəqsanə İsmayılovanın Yağmur və Aysun adlı iki qız övladı var. O, mediaya açıqlamasında həyat yoldaşının hər iki qızını rəsmi şəkildə öz adına keçirdiyini qeyd etmişdi.
Daha sonra müğənni üçüncü dəfə ana olmaq istədiyini də vurğulamışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.