banner
banner

Gündəm

“Vətəndaşlar dinlənilməli, onların sosial problemləri həll olunmalıdır”

“Vətəndaşlar dinlənilməli, onların sosial problemləri həll olunmalıdır”
“Bəzi insanların sosial çətinliklərini ifadə etməsi qeyri-adi qarşılana bilməz”.
APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
 
Vitse-spiker bildirib ki, insanlar bu və ya digər problemlərini qaldıra, qanunla nəzərdə tutulmuş şəkildə onları ifadə edə və müvafiq qurumlara tələblərini çatdıra bilərlər: “Buna görə heç kəsi ittiham etmək olmaz. Amma kimlərsə məhz bu şəraitdən istifadə edərək öz qərəzli niyyətlərini həyata keçirmək və ictimai-siyasi durumu gərginləşdirmək, xalqla dövlət arasında münasibətlərə xələl gətirəcək çağırışları etmək, təxribatlar törətməyə cəhd etdilərsə, bunun öz qiyməti var. Bu, hüquqi qiymətdir. 
 
Azərbaycan dövlətinin, onun müvafiq qurumlarının bu məsələdə mövqeyi qəti və aydındır. Vətəndaşların fikirləri dinlənilməli, onların sosial problemləri həll olunmalıdır. Buna mane olanlar isə öz hüquqi qiymətini alacaqlar. Xalqın da dövlətin də münasibəti belədir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.