banner
banner

Şou

Zerrin Özerdən pis xəbər

Zerrin Özerdən pis xəbər
Türkiyənin məşhur müğənnisi Zerrin Özerdən pis xəbər var. 
Müğənni həkiminin səhlənkarlığı üzündən əlil arabasına məhkum olub. Mövzu ilə bağlı Z.Özer geniş açıqlama verib: 
“İllər əvvəl Almaniyada hava limanında yıxılmışdım. Təcili xəstəxanaya gedib ayaqlarımı rentgen etdirdim. Mənə dedikləri ilk söz “bir az sıxılma var” oldu. Sonra yenidən çox pis yıxıldım. Eyni bölgə daha böyük zədə aldı. Hərdən ağrı verir, hərdən isə sakitləşirdi. Bundan bir qədər sonra isə gecə hamama getmək istəyəndə itimə ilişib 3-cü dəfə yıxıldım. Aradan bir neçə gün keçmişdi, ağrılara dayana bilmirdim. Həkimə getdim. Dedilər disk partlayıb, sinirə toxunub. 

Həkim təcili əməliyyat lazım olduğunu söylədi. Sonra məni indiki vəziyyətə salan həkim gəldi, “biz bu əməliyyatı tez-tez edirik, səhəri gün xəstələr ayağa qalxır” dedi. Əməliyyatdan sonra məni gəzdirmək istəyəndə ağrılar daha da şiddətləndi. Sonra həkim yanıma gəlib “Zerrin xanım, mən bu işi bacarmadım. İçəridə sümük parçası qalıb, yenidən əməliyyat lazımdır” dedi. Ertəsi gün ayıldım, ancaq yenə yeriyə bilmədim. Ona görə o xəstəxanadan ayrıldım. Bir ay sonra başqa həkim məni əməliyyat etdi. Ancaq əzələ zədələndiyi üçün yeriyə bilmirəm və sağ ayağımı tərpətmək mümkün deyil.
 
Bacım fizioterapevtdir. 6 ay məni müalicə etdi. İndi ayaqyoluna belə kimdənsə tutaraq gedə bilirəm”. 

 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.