banner
banner

Sosİal

İcra başçısı əhali ilə görüş keçirdi

İcra başçısı əhali ilə görüş keçirdi

Lənkəran ŞİH başçısı rayonun Göyşaban kəninin sakinlərilə keçirib.

Görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbər işçiləri ilə yanaşı 300 nəfər kənd sakini iştirak edib.

Göyşaban kənd İcra nümayəndəsi Ceyhun İmanov ötən il ölkənin  və rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən danışıb. Sonra Göyşaban bələdiyyəsinin sədri Abdulla Fətdayev, kənd sakinləri  Hafiz Cəfərov, Nurəddin Kazımov, İntiqam Səfərov, Sərdar Hüseynov, Qədim Rufullayev görüşdə çıxış edib, kənddə mövcud olan bir sıra həlli vacib məsələlərlə  bağlı təkliflər söyləyiblər.

İrəli sürülən təklifləri və sakinlərin fərdi müraciətlərini dinlədikdən sonra İcra başçısı çıxış edərək qeyd edib ki, 2015-ci il dünyada böhranlarla müşaiyyət olunsa da, Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub. Prezidentin diqqətilə Lənkəran rayonunun sosial-iqtisadi həyatında da böyük uğurların qazanıldığını, bir sıra mühüm əhəmiyyətli layihələrin icra olunduğunu bildirən natiq qeyd edib ki, əhalinin yaşayış səviyyəsi yüksəlib, genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib, yeni yol layihəsi həyata keçirilib, Xan evi əsaslı təmir olunub, yeni uşaq bağçası, orta məktəb binası istifadəyə verilib...

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.