Futbolçu Arda Turanın sevgilisi Aslıhan Doğan aparıcı Burcu Esmersoya ismarış yollayıb. Bu yaxınlarda mükafatlandırma mərasimlərinin birində üz-üzə gələn Burcu ilə aktrisa Sinem Kobalın məcburən salamlaşdığı xəbərləri yayılmışdı. B.Esmersoy bir gün sonra verdiyi açıqlamada isə bunu yalanlamış və “Sinemlə aramız yaxşıdır. Mənim gəlinim bəllidir” demişdi.
Aparıcının bu sözləri ilə Aslıhanı “istənilməyən gəlin” elan etməsi qarşı tərəfi hirsləndirib. Belə ki, A.Doğan sosial şəbəkədə Arda ilə fotosunu paylaşaraq, futbolçunun forma nömrəsi ilə “7ove” (“Eşq”) sözünü yazıb. Aslıhanın bu paylaşımı izləyicilər tərəfindən Burcuya və Sinemə cavab kimi dəyərləndirilib.
Qeyd edək ki, Sinem Kobal vaxtilə Arda Turanın sevgilisi olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.