banner
banner

İdman

"AFFA-dan kim pul söz veribsə, "Rəvan" adını çəksin"

"AFFA-dan kim pul söz veribsə, "Rəvan" adını çəksin"

AFFA cari mövsüm Azərbaycan I divizionundan Premyer Liqaya yüksələn "Rəvan" klubuna çempionata qatıldığı üçün pul vəd olunması və həmin məbləğin ödənilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Cia.Az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə,  Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu açıqlamasında məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum heç bir kluba hansısa məbləğ vəd etməyib. M.Nərimanoğlu bildirib ki, federasiyadan kimlərsə, hansısa vəd veribsə, klub bunu açıqlamalıdır: "Konkret kim deyib ki, AFFA pul ödəyəcək? Ad çəksinlər, desinlər ki, filankəs bizə bu sözü verib. Mən qapı-qapı düşüb soruşmayacam ki, "sən "Rəvan"a pul söz vermisən, ya yox?. Heç bir pul vəd olunmayıb".

Qeyd edək ki, "Rəvan" klubu Premyer Liqaya qatılmaları müqabilində AFFA-nın maliyyə dəstəyi verəcəyinə dair vəd verdiyini iddia edir.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.