2015-ci il dekabrın 16-dan Bakının Yasamal rayon polis idarəsi tərəfindən itkin düşmüş kimi qeydə alınan Bakı sakini Elçin Bayramovun axtarışları bu günədək heç bir nəticə verməyib.
Cia.az-ın ans press-ə istinadən məlumatına görə, onun qardaşı Emin Bayramov Elçinin etibarnamə ilə idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili ilə itkin düşməsi barədə Yasamal polisinə məlumat verib.
Dekabrın 18-də isə Quba rayonunun Talabı kəndi ərazisində meşədə Elçin Bayramovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil tapılsa da sürücünü tapmaq mümkün olmayıb.
Faktla bağlı Quba prokurorunun köməkçisi Ramiz Nəbiyevin ans-ə verdiyi məlumata görə, rayon prokurorluğunda "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb, Quba polisi ilə birgə istintaq-əməliyyat axtarış tədbirləri aparılır.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.