Mikayıl “Sevimli şou”dan uzaqlaşdırıldı - Qərar + Yenilənib
““Space” telekanalında yayımlanan “Sevimli şou”nun yayımı dayandırılacaq”.
Bu sözləri jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Şura sədri bildirib ki, verilişin yaxın müddətdə yayımı dayandırılacaq.
***
“Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğlu verilişin bağlanması xəbərinə münasibət bildirib. Lent.az-a açıqlama verən aparıcı bildirib ki, bu qərardan xəbərsizdir: “Açığı, mənə verilişin bağlanması ilə bağlı heç bir xəbərdarlıq olunmayıb. Mən indi işdəyəm, xəbəri ilk olaraq sizdən eşidirəm. Belə məsləhət biliblərsə, yəqin, belə də lazımdır”.
***
“Space”dən “Qafqazinfo”ya bildirilib ki, əslində verilişin bağlanması ilə bağlı yayılan xəbərlər doğru deyil: “Bu verilişdəki çatışmazlıqlarla bağlı MTRŞ-dan kanala iradlar bildirilib və verilişin daha müasir tələblərə uyğunlaşdırılması ilə bağlı tövsiyələr verilib. Telekanal rəhbərliyi də tövsiyələri nəzərə alıb ilk addım olaraq aparıcını dəyişdirib. Bundan başqa, verilişin daha uğurlu inkişafı üçün fəaliyyət göstəriləcək”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.