banner
banner

Dünya

“Mümkünsə yaxın iki ildə hamilə qalmayın...”

“Mümkünsə yaxın iki ildə hamilə qalmayın...”
Zika virusuna görə hökumət qadınlara çağırış etdi 
Orta Asiya və Latın Amerikasında ağcaqanadlar vasitəsilə yayılan zika virusu dünyada ciddi təlaş yararıb. Ana qarnında olan uşaqlarda ciddi fəsadlara səbəb olan xəstəlik bu günə qədər 21 ölkədə qeydə alınıb.Musavat.com Euronews.com saytına istinadən xəbər verir ki, xəstəlik son olaraq Salvadorda ciddi həyəcan yaradıb. Yetkililər qadınlardan hamiləlik planlarını iki ilə təxirə salmasını istəyib. 
 
Amerika Birləşmiş Ştatları yetkililəri də hamilələrə sözügedən ölkələrə səyahət etməmələri ilə bağlı xəbərdarlıq edib. ABŞ Xəstəliyə Nəzarət və Qorunma Mərkəzindən həkim Beth Bell açıqlayıb ki, virusa yoluxan qadınların dölünə düşə biləcək infeksiyadan olduqca narahatdılar. 
Zika virusu xüsusən hamilələrə yoluxanda dünyaya gələcək uşaqlarda ciddi anomaliyalara səbəb olur. Mikrosefaliya və görmə qabiliyyətinin pozğunluğu ilə yanaşı, bu virusla doğulan uşaqlarda ciddi nevroloji problemlər, əqli çatışmazlıq kimi hallar özünü göstərir.  Virusun ən çox yayıldığı Braziliyada təxminən 4 min körpəyə və hələ ana bətnində olan körpəyə başının normadan kiçik olmasına görə mikrosefali diaqnozu qoyulub. 
 
 
Türkiyə Səhiyyə Nazirliyi də dekabr ayında verdiyi açıqlamada bu virusun hər hansı müalicəsinin olmadığını açıqlamışdı. Aedes aegypti növü ağcaqanadlar vasitəsilə  yayılan virusun əsas əlamətləri isə yüksək temperatur, baş və bədən ağrıları, dəridə qızartılardan ibarətdir. Zika virusu xəstəyə ciddi təhlükə yaratmır. Onun əsas zərbəsi hamilə qadının bətnindəki körpəyə dəyir. Yetkililərin iki il boyunca qadınlardan hamiləliyi dayandırmalarını məsləhət görməsinin səbəbi də budur. 
 
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.