“Hər zaman soruşurlar ki, həyatınızda kimsə varmı? İnsanın həyatında kimsə ola bilər də. Bu söhbətlər məni bezdirib”. Bunu milli.az-a müsahibəsində müğənni Mənzurə Musayeva deyib. O, bildirib ki, belə sual verənlərə artıq ciddi cavab vermir: “Mən də deyirəm ki, sevgilim ölüb, basdırmışam. Bir sualı adama nə qədər verərlər? Mənim şəxsi həyatım hər kəsə maraqlı deyil ki. Beş-altı adama maraqlı ola bilər. Onu da efirdə demişəm ki, el adəti ilə ailə qurmuşam, övladım olmayıb, ayrılmışam”.
Müğənni falçılardan da danışıb: “Elə şeylərə çox pis baxıram və heç vaxt da falçı yanına getməmişəm. Həyatdır da, nə olacaq, olacaq. Amma deyirlər ki, fala inanma, faldan da qalma. Camaat maraq üçün gedir də. Neçə ekstrasens var ki, mənə zəng vururlar. Soruşurlar ki, niyə gəlmirsiniz? Niyə gedim axı? Qız uşağı deyiləm ki, təzədən ərə gedim”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.