banner
banner

Sağlamlıq

Çayın xeyri və ziyanı

Çayın xeyri və ziyanı
Gün ərzində çox çay qəbul etmək ziyanlıdır. Bu, əsəb pozğunluğu, qəbzlik, yüksək təzyiq, əl əsməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərə ziyan vura bilər. 
Həddindən artıq şəkərli çay içmək isə ürək-damar, köklük kimi xəstəliklərə yol açır. Şirin çaydan əl çəkə bilmirsinizsə, dadlandırıcılardan istifadə edə bilərsiniz. Ümumiyyətlə, gün ərzində 4 fincandan artıq və tünd çay içməkdən çəkinin. Əlavə hər bir fincan çayı isə bir stəkan su ilə əvəz edin.
 
Kiçik qaydalara riayət etsəniz, çayın faydaları arta bilər. Çay xərçəng riskini azaldır. Xüsusilə ağciyər, bağırsaq və dəri xərçəngini. Ağır və yağlı yeməklərdən bir saat sonra içilən çay həzmi asanlaşdırır. Çaya rəng verən birləşmələr damar çəpərlərini gücləndirir. Başda beyin qanaması olmaqla hər cür qanama riskini azaldır. Qan dövranını yaxşılaşdırır. Diş minasını qüvvətləndirir. Diş əti xəstəliklərinə qarşı müqavimət yaradır. Bədəndəki zərərli maddələri yox edir. Böyrəklərin daha yaxşı işləməsini təmin edir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.