Slovakiyada 300-dən çox məktəb bağlandı: müəllimlər tətil elan edib
Slovakiyada müəllimlər aylıq maaşlarının 90 avro artırılması tələbinə hökumətin rədd cavabı verməsindən sonra tətil elan ediblər. Bu səbəbdən ölkədə 300-dən çox məktəbin bağlandığı bildirilir.
Slovakiyalı müəllimlər maaşlarının artırılmasından əlavə, təhsil sistemində islahatların aparılması üçün 400 milyon avro vəsaitin ayrılmasını tələb edirlər.
Tətil edən müəllimlər ölkənin paytaxtı Bratislavanın mərkəzi meydanına tolpaşıblar.
Slovakiyanın müstəqillik əldə etməsindən cəmi 26 il ötsə də, bu dövr ərzində ölkədə 19 təhsil naziri dəyişib.
Açıq mənbələrdən əldə etdiyimiz məlumata görə, Slovakiyada müəllimlərin orta aylıq əməkhaqqı təxminən 600 avroya bərabərdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.