Azərbaycanda yaxın zamanlarda 6 ayı tamam olan uşaqlara yeni vaksinin vurulmasına başlanacaq.
Cia.az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin artıq Azərbaycana gətirilib və nazirliyin İnnovasiya və Təchizat Mərkəzində saxlanılır.
Hazırda Səhiyyə Nazirliyi tərəfindən əmrin hazırlandığını deyən A.Əliyeva qeyd edib ki, fevralın sonuna qədər vaksinlər bütün rayon və şəhərlərin uşaq poliklinikalarına paylanacaq. Bundan sonra isə vaksinin tətbiqinə başlanacaq. Bu vaksin 6 ayı tamam olan uşaqlara bir dozada inyeksiya vasitəsilə vurulacaq. A.Əliyeva deyib ki, yeni vaksin olduqca təhlükəsizdir və orqanizm tərəfindən çox rahat qəbul edilir: “Onun heç bir yanaşı təsiri, reaksiyası yoxdur”.
Onun sözlərinə görə, hazırda uşaqlar 2, 3 və 4 aylıq olarkən oral (damcı) vasitə ilə poliomielitə qarşı peyvənd edilir. Yeni vaksin tətbiq edildikdən sonra da oral poliomielit vaksininin istifadəsi davam edəcək.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.