Son olaraq "Yalan dünya" serialında yer alan Qonca Vuslateri bu yaxınlarda sevgilisi Edip Burak Ertoğanla gizlicə nikah kəsdirmişdi.
Artıq aktrisanın hamilə olması ilə bağlı xəbərlər yayılıb.
Bal ayından sonra kökəldiyi hiss olunan Qonca jurnalistlərin hamiləlik haqda soruşduqlarına zarafatla cavab verərək sualdan yayınmışdı.
Dünən isə paparassilərin hədəfinə düşən aktrisa sağ əlini qarnının üstünə qoyub gəzməsi ilə diqqət çəkib. Bu foto onun hamilə olması haqda şayiələri bir qədər də gücləndirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.