Amerikanın məşhur “Taxt oyunları” ("Game of Thrones") serialında rol alan türkiyəli aktrisa Sibel Kəkilli “Facebook” hesabını bağlayıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb aktrisanın bir manyak tərəfindən təqib edilməsidir. Belə ki, S.Kəkilli izləyicilərinə müraciət yayıb:
“Əziz dostlarım! Gördüyünüz kimi, bir müddətdir “Facebook” səhifəmi açmıram. Buna səbəb Mayk Kennedi və ya Con Behan adlı manyak tərəfindən izlənilməyimdir. İki müxtəlif saxta addan istifadə edir. M.Kennedi mənə əxlaqsız sözlər yazır, C.Behan isə özünü olduqca alicənab biri kimi göstərir. Bir sözlə, hər ikisi xəstədir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.