banner
banner

Sağlamlıq

Nəm salfet, yoxsa zəhər...

Nəm salfet, yoxsa zəhər...
Yaşından asılı olmayaraq bütün insanlar üçün salfetlər önəmlidir. Gündəlik yaşam zamanı insanı bir çox narahat vəziyyətlərdən xilas edən salfetlər, demək olar ki, hər kəsin çantasında mövcuddur. 
Təmizlik, xüsusən mikroblardan qorunmaq üçün istifadəsinin vacibliyini qeyd edən firmalar bu salfetlərin heç bir əks-təsirindən söz açmır. Halbuki böyüklər üçün belə təhlükəli olan bu salfetlərin uşaqlar üçün istehsal olunub satışa buraxılması heç də düzgün deyil.
 
Araşdırma zamanı məlum oldu ki, insanlar nəm salfetlərdən istifadə etsələr də, onun gigiyenik tərəfinə o qədər də əhəmiyyət vermirlər. Halbuki ən yüngül halda ağır dəri allergiyası yarada bilən bu salfetlərin tərkibində olan kimyəvi maddələr xərçəngə qədər apara bilər. Bir çoxları hesab edir ki, bu salfetlər sağlamlıq üçün faydalıdır və gigiyenik cəhətdən dərinin təmizlənməsinə yardım edir. Lakin tədqiqatçılar tez-tez istifadə etdiyimiz vasitənin daşıdığı təhlükəni aşkar ediblər. Dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırıb, təkidlə bildiriblər ki, salfetlər dərinin allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar dünyanın müxtəlif bucaqlarında tez-tez baş verir. Mətbuatda çıxan məlumatlar həkimləri sadəcə şoka salıb. Məlum olub ki, nəm salfetlərdən istifadə edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər eyni zamanda körpələri də əhatə edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, “Sydney Morning Herald” onu ictimaiyyətə təqdim edib.
 
Alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır. Ehtimal olunur ki, salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.