banner
banner

Şou

Rihannanın gözəllik sirri

Rihannanın gözəllik sirri

Dünyanın ən çox dinlənilən müğənnilərindən biri olan 26 yaşlı Rihannanın gözəlliyi naminə həftədə 50 min dollarından keçdiyi məlum olub.

ANS PRESS-in məlumatına görə, sən demə gənc müğənni heç demə makiyaja sərvət ödəyirmiş. Qaş alana həftədə 5000, solyariyə gündə 700, saç ustasına 2500 və s. sadalayarkən onun həftəlik xərcinin 50 min dolları keçdiyi məlum olub.

Mütamadi olaraq lazerlə cild möhkəmləndirmə və üz üçün oksigen prosedurlarını keçən sənətçi dermatoluqa həftədə 8000 dollar ödəyir. Saç düzümünü ani bir şəkildə və tez-tez dəyişən Rihanna saç ustasına gündə 2500, makiyajına görə isə həftədə 3200 dollar ödədiyi qeydə alınıb. Hətta gecə yarısı belə kiprik baxımı üçün zəng edə bilər.

Adının açıqlanmasını istəməyən Rihannaya yaxın mənbə İngilis şou-biznes jurnalı olan “Look”a ulduzun bütün sirlərini açıb. “Kirpik ustası 7 gün, 24 saat hazır vəziyyətdədir. Rihanna gecənin yarısı belə kirpik baxımı üçün zəng edə bilər və bu anormal hal kimi qarşılanmaz. Sənətçinin gecə həyatı gözəllik ustalarına ağır şərtlər yaşadır” - deyə o, bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.