banner
banner

Dünya

İŞİD-in qorxunc Türkiyə planı – 250 min insan hədəfdə

İŞİD-in qorxunc Türkiyə planı –
Törətdiyi qətliamlarla dünya gündəmini zəbt edən İŞİD-in Türkiyə üçün hazırladığı dəhşətli planın üstü açılıb.
Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, terror təşkilatının bu planı nəticəsində 250 min türkün ölə biləcəyi açıqlanıb. Bəs planın detalları nədən ibarətdir? 
Məsələ ilə bağlı Türkiyə kəşfiyyatı xəbərdarlıq məktubu hazırlayaraq təhlükəsizlik qurumlarına göndərib. Xəbərdarlıq məktubunda qeyd edilib ki, İŞİD-in planı su mənbələrindən istifadə edərək Türkiyədə vəba xəstəliyi yaymaqdı. Məlumata görə, İŞİD həmçinin suya Sibir yarası yoluxduran mikrob, xardal qazı, və gəmiricilərdən keçən tularemiya xəstəliyini yayan maddələr də qatmağı planlayıb. 
 
Qeyd edək ki, tularemiya türk həkimləri tərəfindən çox da yaxından tanınan xəstəlik deyil. 
 
İŞİD-in planına görə, xəstəliyin səbəbi vaxtında müəyyən edilməyəcəyi üçün Türkiyə ciddi itki verəcək. 
 
Xəbərdarlıq məktubunun sonunda dövlət idarələrindən tədbir görülməsi, suyun təmizlənməsi istənilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.