Obama, Klinton, Beyons və kral ailəsi bir arada - FOTOLAR
Xəbər verdiyimiz kimi, Böyük Britaniya şahzadəsi Uilyam və Kembric hersoginyası Keyt Midlton Nyu-Yorkda işgüzar səfərdədirlər.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, onlar dünən ABŞ prezidenti Barak Obama, dövlət katibi Hillari Klintonla görüşüb, basketbol matçına yollanaraq orada Beyons və Cey Zi cütlüyü ilə tanış olublar. B.Obama ilə Ağ Evdə görüşən Uilyam vəhşi təbiətin müdafiəsi və qanunsuz ovçuluq məsələlərini müzakirə edib.
Bundan başqa, ikinci dəfə ana olmağa hazırlaşan Keyt Nyu-Yorkda uşaq evlərinə baş çəkib. Hersoginyanı şəhər merinin xanımı Şirli Makkrey müşayiət edib.
Kral ailəsi daha sonra Britaniya səfirliyinin onların şərəfinə təşkil etdiyi ziyafətə qatılıb. Gecədə Klinton ailəsi qonaq olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.