“Mənim internetdən başım çıxmır. İnstaqram səhifəm var, onu isə oğlum işlədir”. Bu sözləri müğənni Manaf Ağayev “Hər şey daxil” verilişində deyib. O, haqqında yayılan “WhatsApp-a şəkil qoyan qızı oğluma almaram” ifadəsinə aydınlıq gətirib: “Heç vaxt belə söz deməmişəm. Əgər sübut etsələr ki, bu söz ağzımdan çıxıb, Azərbaycanı tərk edib gedərəm. Mən internət vasitəsilə tanış olub evlənməyə qarşıyam. Biz rayonda böyümüşük. Aldığımız qızın nəslini soraqlamalı, kimlərdən olduğunu bilməliyik”. M.Ağayev xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə yazdığı və qalmaqala səbəb olan şərhinə də münasibət bildirib: “Bu Aygündür, sənətə canın fəda verib. O sənətkardır. Bir Aygünümüz var da... Ona hər şey yaraşır".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.