banner
banner

Şou

Mikayıl efirə qayıdır - VİDEO

Mikayıl efirə qayıdır -

"Sevimli şou"nun keçmiş aparıcısı Mikayıl yeni veriliş aparacaq. 
Cia.az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Sənətsevər" proqramına qonaq olan məşhur aparıcı bu yaxınlarda "Space"də yeni verilişlə efirə qayıdacağını bildirib. O, "Sevimli şou"nun aparıcısından da danışıb: 

"Yeni aparıcı ilə münasibətim olsa da, paxıllığını çəkdim. Buna laqeyd qala bilmədim. Dörd ildir böyütdüyüm, ərsəyə gətirdiyim övladı... Dedim ki, saxlaya bilmirəm, ala sən saxla. Niyə etiraf etməyim ki, paxıllıq olmadı. Çünki o verilişdə həmişə mən var idim". 

İki qızı olan Mikayıl ailəsindən də danışıb:

"Xanımım uzaq qohumumuzdur. Ata-ana məsləhəti ilə evlənmişəm. Ailə qurmağım bir günün içində olub. Mənim xəbərim olmadan anamın planına uyğun olaraq həyat yoldaşımgilə getmişdik. Evə gələndən sonra anam dedi ki, filankəsin qızını alaqmı sənə? Dedim "hə", alın". 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.