Magistral yollarda piyadaların vurulması tez-tez baş verir. Hazırda belə hadisələrdə piyada yüngül və ya ağır xəsarət alırsa, sürücü məsuliyyətə cəlb edilir. Ancaq mayın 1-dən cəza tədbirləri dəyişir.
Cia.az xezerxeber-ə istinadən xəbər verir ki, magistral yollarda piyadaların vurulmasına görə sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası dəyişir. Mayın 1-də qüvvəyə minəcək Yeni İnzibati Xətalar Məcəlləsinə görə bir sıra hallarda sürücülər məsuliyyət daşımayacaq.
Hazırkı qaydalara görə sürəti 110 km/saat olan yolda piyadanın vurulması nəticəsində o yüngül xəsarət alsa, onda sürücü 200 manat miqdarda cərimə edilir və sürücünün avtomobil idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.
Yeni qaydaya görə piyada yalnız yüngül xəsarət alarsa, sürücünün məsuliyyəti olmur. Yüngül xəsarət dərəcəsi isə Nazirlər Kabinetinin qaydalarında aydın şəkildə təsbit edilib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.