banner
banner

Şou

Keyt 6 il sonra bunu ilk dəfə edəcək

Keyt 6 il sonra bunu ilk dəfə edəcək

Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton illər sonra yenidən ilk rəsmi müsahibəsini verəcək. 
Hersoginya kraliça II Yelizavetanın yubileyinə həsr olunmuş “Kraliça və 90 il” filmində çəkiləcək. İkisaatlıq sənədli film bu yaz ekrana çıxacaq. Filmin prodüseri Nik Kent “Filmdə iştirak və kraliçanı təbrik etmək üçün kral ailəsinin əksər üzvləri bizimlə razılaşdı” deyib. Ekran işində Keytlə yanaşı, şahzadə Çarlz və xanımı Kamilla Parker-Boulz, şahzadə Uilyam da iştirak edəcəklər. 
Qeyd edək ki, bu, Keyt Midltonun 2010-cu ildən – nişanlandığını media qarşısında elan etməsindən sonra ilk müsahibəsi olacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.