Texas senatoru Ted Kruz respublikaçıların Ayova ştatında keçirilən nominasiya seçkisində qalib gəlib
Texas senatoru Ted Cruz respublikaçıların Ayova ştatında keçirilən nominasiya seçkisində qalib gəlib.
CNN müxbirləri xəbər verirlər ki, namizədlik kampaniyasında indiyədək şəriksiz lider olan Donald Trampın məğlubiyyəti eyni zamanda ümumi siyasət qanunlarının etibarlığını isbat edib.
Xəbər verilir ki, Ayova ştatında keçirilən ilkin namziəd nominasiyasında da Tramp, bundan əvvəlki kampaniyada olduğu kimi əsas etibarilə şəxsi populyarlaığına arxalanırdı.
CNN bildirir ki, Trampın “böyük fərdiyyətçiliyi”, sosial mediada fəallığı və izdihamlı mitinqləri Kruz-un ənənəvi siyasi yanaşması qarşısında gücsüz görünüb.
Ted Kruz bu ştatda aylardır ki, əsas etibarilə dindar seçicilər arasında kampaniya aparırdı.
Bu qələbə respublikaçıları bir də ona görə ruhlandırıb ki, bu, Ronald Reagan-dan bu yana onların “öz partiyadaşlarının” uğuru olub.
Siyasətçilik populyarlığa qalib gəlib
Cruz bu seçkidə səslərin 28, Trump 24 və gözlənilmədiyi halda Marko Rubio 23 faizini yığa bilib.
Demokrat namizədlərin eyni ştatda keçirilən seçkisində Hillari Klinton kiçik fərqlə Berni Sandersi qabaqlayır.
Xanım Klinton səslərin 50, Sanders isə 49 faizini toplayıb, lakin burada səslərin hamısı sayılmayıb.
Amerika mediasının əsas diqqəti Donald Trampla Ted Kruzun rəqabətinə yönəlmişdi və CNN bildirir ki, Kruzun qələbəsi təşkilatçılıq və təşviqatçılığın, populyarlıq və fərdiyyətçilik üzərində qələbəsi kimi qiymətləndirilə bilər.
Maraqlıdır ki, hələ bazar ertəsi keçirilən rəy sorğuları Trampın Ayovada qəti qələbə qazanacağını və “respublikaçıların arasına vəlvələ salacağını” göstərirdi.
Seçki nəticələri elan edildikdən sonra Donald Tramp indiyədək ən qısa çıxışını edib. O bildirib ki, mübarizəni davam etdirəcək.
Bununla belə, Ayovada partiydaxili seçkilər həmişə gözlənilməz nəticələr verib və bu dəfə də belə olub ("Azadlıq" radiosu).
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.