ABŞ hökuməti Gürcüstanın Sərhəd Polisinə kömək məqsədi ilə 10 milyon dollar vəsait ayıracaq.
Virtualaz.org bildirir ki, bu barədə Gürcüstanın Daxili İılər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bununla bağlı razılaşma dünən Tiflisdə Gürcüstanın Sərhəd Polisi ilə ABŞ-ın Hərbi təhlükələrin azaldılması üzrə agentliyi arasında bağlanıb.
İlkin mərhələdə sərhəddə iki yeni infastruktur yaradılacaq, Gürcüstan-Ermənistan sərhədi monitorinq və texniki nəzarət vasitələri ilə təchiz olunacaq.
Sonrakı mərhələdə isə sərhəd sektoru üçün müşahidə vışkaları, gecəgörmə kameraları və digər xüsusi texnika, nəqliyyat vasitələri alınacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.