banner
banner

Dünya

Senator Putinin sərvətindən danışdı

Senator Putinin sərvətindən danışdı
Aparıcı ABŞ senatoru deyir ki, Rusiya prezidenti Vladimir Putin-in sərvəti barədə açıqlamalar onun idarəçiliyində “sabitsizlik” yarada bilər, belə ki, Rusiya əhalisi bu haqda getdikcə daha çox bilgi əldə edir.
Senator, Senatın Xarici əlaqələr komitəsinin respublikaçı sədri Bob Corker fevralın 1-də “Amerikanın Səsi”nə danışıb. “Rusiya xalqı anlamağa başlayır ki, onların lideri nəhəng sərvət toplayıb”, - Corker deyib. O, Putin-in “milyardlarla dollar şəxsi sərvət” topladığını söyləyib. “Bunu normal hökumət əməliyyatları ilə etmək mümkünsüzdür. Bunu ancaq korrupsiya yoluyla etmək mümkündür”, - Senator sözlərinə əlavə edib.
 
ABŞ Maliyyə Nazirliyinin rəsmisi ötən həftə BBC-yə bildirib ki, Putin “korrupsiyanın şəklidir”. Ağ Ev də həmin fikirlərin Obama administrasiyasının Putinlə bağlı baxışlarını əks etdirdiyini söyləyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.