ABŞ Psixoloqlar Dərnəyi rəsmi olaraq "selfie"nin və bu şəkilləri sosial şəbəkədə paylaşmağın ruhi pozğunluq əlaməti olduğunu açıqlayıb.
Dərnək Çikaqoda keçirilən illik idarə heyətinin konfransında bu psixi pozğunluğu "selfitis" olaraq adlandırıb. Psixoloqlar şəkilini çəkib sosial şəbəkədə paylaşmağın obsessiv kompulsiv bir meyil olduğunu və bunu şəxsin özünə inamsızlığını aradan qaldırmağın bir yolu olaraq göstərib. Bu ruhi pozğunluğun 3 səviyyəsi olduğu vurğualanıb:
1. "Borderline selfitis": (Bu xəstəliyin sərhədində olmaq) - Şəxsin öz şəkilini gündə ən az üç dəfə çəkməsi, amma sosial şəbəkədə paylaşmaması;
2. "Acute selfitis": (Bu xəstəliyin irəliləməsi) - Şəxsin öz şəkilini gündə ən az üç dəfə çəkməsi və hər birini gündə 3 dəfə sosial şəbəkədə paylaşması;
3. "Chronic selfitis": (Xəstəliyin xroniki hal alması) - Nəzarət edilə bilməyəcək dərəcədə şəxsin öz şəkilini gecə-gündüz ard-arda çəkməsi və gündə altı dəfədən çox sosial şəbəkədə paylaşması.
Psixoloqlar bu xəstəliyin hələ müalicəsi olmadığını, lakin idrak davranış terapiyası ilə müvəqqəti müalicə edilə biləcəyini vurğulayıblar.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.