Rusiya prezidenti Vladimir Putin bu həftə Daşkəndə səfər edib.
ANS PRESS-in məlumatına görə, səfər nəticəsində iqtisadi və təhlükəsizlik baxımdan əsaslı razılıqlar əldə olunub. Artıq tərəflər Avrasiya İttifaqı və Özbəkistan azad ticarət zonası barədə danışıqlara başlayacaq. Bundan əlavə yaxın 4 il ərzində iqtisadi əməkdaşlıq barədə sənəd imzalanıb. Sənədə əsasən Rusiya Federasiyası Özbəkistandan meyvə və tərəvəz alacaq.
Prezidentlərin iki saatlıq görüşü zamanı İŞİD qüvvələrinin Əfqanıstana sızması faktı da müzakirə edilib. Putin təhlükəsizlik baxımından Özbəkistana hər bir dəstəyin veriləcəyinə söz verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.