AzTV-də rəhbərliklə bir qrup işçi arasında qalmaqal yaranıb. Nəticədə bir neçə nəfər işini itirib, qalanların əmək haqları azaldılıb.
Cia.az AzNews.az-a istinadən xəbər verir ki, gərginlik bir müddət əvvəl Elsevər Dünyamalıyevin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyinat alandan sonra başlayıb. Məlumata görə, E.Dünyamalıyev Arif Alışanovun radio məsələləri üzrə müavini təyin edildikdən sonra bəzi islahatlar aparmaq təklifi ilə çıxış edib. O, sədrə “Xəbərlər” departamentinin əməkdaşlarının şirkətdə bekar qaldıqlarını, məhz bu səbəbdən islahata sözügedən redaksiyadan başlamağın vacib olduğunu bildirib. A.Alışanov isə yeni müavinin təklifini qəbul edib.
Bundan sonra “Xəbərlər”ə keçən E.Dünyamalıyev islahata işçilərin maaşlarının kəsilməsi ilə başlayıb. Belə ki, yeni müavin redaksiya əməkdaşlarını yığaraq iclas keçirib. Bildirib ki, əvvəlki maaş sistemi ləğv edilib və artıq müxbirlər çəkilişlərinə görə qonorar alacaqlar. Bəzi müxbirlərin cəzalandırılması məqsədilə onlara çəkilişə çıxmağa icazə verilmir. Əməkdaşların özlərinin təklif etdiyi mövzular isə qəbul edilmir. Bununla da müxbir sadəcə olaraq bir gününü boşuna keçirmiş olur və ay sonunda da heç bir qonorar yazılmır.
Bütün bunlara görə, artıq redaksiyanın bir çox əməkdaşı işdən azad olunma ilə bağlı ərizə yazıb.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.