Fevralın 3-ü səhər saatlarında bir qrup şikayətçi Baş Prokurorluğun binası önündə etiraz aksiyası keçirib.
Cia.az modern.az-a istinadən xəbər verir ki, şikayətçilər problemlərinin həll edilməməsindən narazıləq ediblər. Vətəndaşların əsas tələbləri Baş prokuror Zakir Qaralovla görüşmək olub. Onların bəziləri kəfən geyinməklə problemlərinə göz yumulmasına bu yolla etiraz ediblər.
Vətəndaşlar deyiblər ki, uzun müddətdir Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq, vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atmır.
Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov modern.az saytına həmin vətəndaşların Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən qəbul edildiyini bildirib. O, həmçinin hazırda qəbulun davam etdirildiyini əlavə edib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.