banner
banner

Şou

"Buna görə Aygünü öpürəm" - Elza

"Buna görə Aygünü öpürəm" -
Müğənni Aygün Kazımova həmkarı Elza Seyidcahanın “Qadın nə istəyir?” şeirinə nəzirə yazıb. Müğənni öz şeirini sosial şəbəkədə paylaşıb. 
Cia.az-ın musavat.com-a isitnadən məlumatına görə, Elza Seyidcahan Aygün Kazımovanın nəzirəsini bəyəndiyini qeyd edib: 
“Aygün xanıma təşəkkürümü bildirirəm. Nəzirəsi qəşəng alınıb, gözəl cavablandırıb. İstedad özünü hər yerdə büruzə verir. Aygün də məktəb keçib, Namiq Qaraçuxurlu kimi sənət yoldaşı olub, bir neçə il əməkdaşlıq ediblər. Gözəl nəzirə yazdığı üçün onu öpürəm. Onu da demək istəyirəm ki, çoxları şeirlərimə nəzirə yazır. Aygünü alqışlayıram, o yazdığı şeiri danmadı. Mərd-mərdanə bildirdi ki, Elzanın şeirinə nəzirə yazıram. Elə adamlar var ki, şeir yazıb, mənim adıma çıxarırlar. Şeirlərimə Aygün kimi nəzirə yazan görmədim”.
 
Elza Seyidcahan yaxın günlərdə şeir kitabının işıq üzü görəcəyini də bildirib: 

“Şeirlərimdə fəlsəfə olsa da, asan dildədir. Asan dil insanların düşüncəsini, şeirə baxışını açır, həvəsini çoxaldır. Bir müddət bizdə mütaliə azalmışdı. İndi isə verilişlərdə şeir oxuyurlar. Şeir ancaq şeir mərasimlərində oxunmalı deyil. Bizim Cəfər Cabbarlılarımız, Mikayıl Müşfiqlərimiz bir-biriləri ilə şeirlərlə danışıblar. Mikayıl Müşfiq öz Dilbəri, həyat yoldaşı ilə şeir dili ilə danışıb. Əliağa Vahidin danışığı şeir dilində olub, onun sözləri qəzəl kimi tarixdə qalıb. Bu gün mən şeir yazıram. Mənim şairliyim bəstəkarlığımdan öncə olub. Uşaqlıqdan şeir yazıram. 2013-cü ildə isə şeirim müzakirələrə səbəb oldu. Yaxın günlərdə kitabım çıxacaq. Şeirlərimə yazılan gözəl nəzirələri də kitaba daxil edəcəyəm. Aygün Kazımovanın şeirini də kitabıma əlavə edəcəyəm. Əsəri yazırıq ki, insanlar bəhrələnsinlər, özlərinə aid qismini götürsünlər”.
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.