banner
banner

Dünya

"Trans-Sakit Okean Əməkdaşlıq" sazişi imzalandı

"Trans-Sakit Okean Əməkdaşlıq" sazişi imzalandı
"Trans-Sakit Okean Əməkdaşlıq" sazişi üzv ölkələr tərəfindən rəsmi olaraq imzalanıb. ANS PRESS-in məlumatına görə, imzalama mərasimi Yeni Zelandiyanın Oklend şəhərində baş tutub.
Ticarət razılaşması dünya iqtisadiyyatının 40 faizini təşkil edən 12 ölkə arasında əldə olunub. Bura Amerika Birləşmiş Ştatları, Kanada, Meksika, Avstraliya, Yaponiya, Malayziya, Peru, Vyetnam, Bruney, Çili, Yeni Zelandiya və Sinqapur daxildir.
Razılaşma ölkələr arasında yatırım şərtlərinin yüngülləşməsinə imkan verəcək.
 
Tərəflər uzun müddət aparılan danışıqlardan sonra 2015-ci ilin oktyabr ayında belə bir əməkdaşlığa razılıq vermişdilər.
 
Amerika hökumətinin ticarət nümayəndəliyi agentliyinin rəsmisi Maykl Froman razılaşmanın ölkə iqtisadiyyatına il ərzində 100 milyard dollar gəlir gətirə biləcəyini deyib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.