banner
banner

Şou

Ulduzların ilk peşəsi - satıcı, dərzi, fəhlə, cangüdən...

Ulduzların ilk peşəsi

CİA.Az Ailəm.az-a istinadən Türkiyənin tanınmış simalarının məşhur olmamışdan qabaq nə iş gördükləri ilə bağlı yazını təqdim edir.

Müğənni Deniz Seki əvvəl satıcı işləyib.

Uşaq vaxtı qoyun otaran Rafet El Roman sonra Almaniyaya gedərək burda müəzzinlik edib.

“Recep İvedik” kimi tanınan Şahan Gökbakar “Çoçuklar duymasın” teleserialında oynamaq istəyirmiş, amma qəbul etməyiblər. Burda pizza satan adamı oynayacaqmış. İllər sonra serialın prodüseri Birol Güvenə bu hadisəni xatırladıb.

Ebru Gündeş dərzi işləyərək dolanırmış.

Aktyor Fikret Kuşkan əvvəl bazarda işləyib, alt-paltarları satıb.

Türk kinosunun usta aktyoru Cüneyt Arkın ixtisasca həkimdir. Amma ağ xalatı ancaq filmlərdə geyinib.

“Muhteşem yüzyıl” serialından tanınan Meryem Üzerli 1990-cı illərdə Türkiyədə kastinq şirkətində qeydiyyatdan keçib və motor yağı reklamında 2 saniyəlik rolu olub. Reklamda avtostop çəkən qız, yük maşını sürücüsünün yanında 2 saniyəlik görünür.

Sibel Can uşaq olanda tanışlarının toxuculuq fabrikində işləyib.

Halit Ergenç gənc yaşlarında qara bazarda bilet satıb. Təhlükəsizlik xidmətində, həmçinin, kinoteatrda camaata yer göstərən də işləyib.

Seda Sayan gecəqonduda yaşayanda qaçaq yollarla gətirilən mallardan satıb.

Teoman atasını itirdikdən sonra həyatın çətinliklərinə sinə gəlmək üçün oxuduğu universitetin yeməkxanasından şüşələri yığıb satarmış.

Murat Boz isə illər əvvəl Nil Karahibrahimgilin klipində oynayıb. Klipdə Nilin dırnaqlarına boya çəkir və gitarada çalır.

Tarık Akan isə hündürboylu olduğuna görə cangüdən işləyib.

Nejat İşler teatr binasının qabağında kitab satırmış.

İbrahim Tatlıses inşaatda işləyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.