banner
banner

Sosİal

Uşaqlara pul vermək olarmı? - EKSPERT MƏSLƏHƏTİ

Uşaqlara pul vermək olarmı? -
Uşaqlara cib xərci vermək lazımdırmı? Elə belə verilməlidir ya nəyəsə görə? Hansı yaşdan? Nəyə görə? Xərcləri necə nəzarətdə saxlamaq olar?
 
“Hələ işləməyə vaxtı olacaq”, “məktəb və universitetdə müvəffəqiyyətləri aşağı düşəcək”, “övladlarıma qayğısız uşaqlıq istəyirəm”, “sonra bir stəkan suyu pulsuz verməyəcəklər” və . kimi lazımsız düşüncələri kənara atın.
 
Övladlarını həddindən artıq qoruyan valideynlər nəticədə özləri tərəfindən yaradılan təhlükəsiz təxəyyül aləmini tərk etmək istəməyəcəklər.
 
İşləyərək uşaqlar bir neçə vacib məsələni anlayır:
 
  1. Pul həmişə əziyyətlə qazanılır, elə belə yox. Pul “sən mənim sevimli qızımsan” deyə verilmir.
  2. Pulun əməklə, zamanla və nəticəli şəkildə alındığını anlamaq olduqca vacibdir.
  3. İş əyləncədir – yeni tanışlıqlar və təcrübədir.
  4. Qazanılan pullar insanın özünə güvənini və özünü qiymətləndirmə hissini artırır. 
Nə qədər vermək lazımdır?
 
Bunu ailənin imkanları və uşağın real xərclərindən asılı olaraq müəyyənləşdirmək lazımdır. Uşaqda paxıllıq, kin və hətta oğurluq hisslərini yaratmamaq üçün çox az da yox, amma eyni zamanda onda lovğalıq və insanlara qarşı mənfəətçilik hissini yaratmamaq üçün çox da vermək lazım deyil.
 
Özünüzü heç kimlə müqayisə etməyin (başqa valideynlər və ya uşaqlarla) – Bu, naşükür və ağılsız məşğuliyyətdir. Öz vəsaitlərinizə görə yaşayın.
  
Uşaqlara hansı əməllərinə görə pul vermək olmaz?
  1. Öz yatağını yığışdırdığına görə
  2. Dişlərini təmizlədiyinə görə
 
  1. Özündən sonra qabını yuduğuna görə
  2. Ailənin böyük və kiçik üzvlərinə kömək etdiyinə görə
  3. Qardaş və bacılarına kitab oxuduğuna görə
  4. Məktəbdə yaxşı oxuduğuna görə (Tədqiqatlar bunun müvəffəqiyyətə təsiri olmadığını araşdırıb)
  5. İdmanla məşğul olduğuna görə
  6. Yaxşı davamiyyətə görə.
Sadalananlar ailə üzvlərinin hər birinin qatqısı hesab olunmalıdır və uşaqlara nəyi pulla və nəyi pulsuz etməli olduqları izah edilməlidir.
 
Uşaqlara nəyə görə pul vermək olar?
 
  • Avtomobil yuduqlarına görə
  • Mənzilin tam şəkildə yığışdırılması
  • Qonaqlar gedəndən sonra qabları yuduğuna görə
  • Bağ, bostanda işlədiyinə görə
  • Ailənin bütün üzvlərinin ayaqqabısını təmizlədiyinə görə və s.
 
Neçə müddətdən bir uşağa pul vermək olar?
 
Azyaşlı uşaqlara bir neçə gündən bir və ya həftədə bir dəfə pul vermək lazımdır, yaş artdıqca isə bunu daha gec. Uzun müddət pulu planlaşdırmağa və ondan rasional istifadə qaydalarını öyrənçəyə kömək edəcək.
 
Pulu necə xərcləməli?
 
“Bu mənim pulumdur, onu mən qazanmışam və istədiyim kimi xərcləyəcəm” fikirləri tamamilə səhvdir. Bu, sizin evdir, siz valideynsiniz və ailə sərvəti ilə bağlı qaydaları siz təyin edirsiniz. Məsələn, əgər siz hesab edirsiniz ki, kompüter oyunları ailə dəyərlərinizə uyğun gəlmir, siz uşağınıza bu əyləncəyə pul verməyi qadağan edə bilərsiniz.
 
Daha bir neçə qayda:
 
  1. Ödəniş valideynlərin əhvalından asılı olmamalıdır.
  2. Pulu kəsməklə cəzalandırmaq olmaz.
  3. Uşaqların sevgisini və münasibətini “almaq” olmaz.
  4. Öz günahını pul qarşılığında yumaq yolverilməzdir 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.