Sevgililəri ilə münasibətində sərt reaksiyaları ilə tanınan məşhur reper Kris Braun hazırda bərabər olduğu Karuş Tranın könlünü almaq üçün onu Mayamiyə tətilə aparıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə İnstaqram profilində K.Tranla dalaşan reper daha sonra "İnciyəndə sərt və səbrsiz oluram" yazaraq sevgilisindən üzr istəyib.
Qeyd edək ki, Kris Braun keçmiş sevgilisi Rihannanı 2009-cu ildə qısqanclıq səbəbi ilə döymüşdü. Cütlük bu hadisədən sonra barışmış və K.Braun: "Etdiyim qorxunc hərəkət idi, ancaq sonda bağışlandım" demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.