Model-aparıcı həyat yoldaşı Çağla Şikeldən boşanan müğənni Emre Altuğ müsahibə verib. İfaçı şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar edib. Belə ki, Emre “Çağla ilə boşandıqdan sonra bir-birinizdən ayrılmırsınız. Bunun səbəbi nədir” sualını belə cavablandırıb:
“Çünki biz iki mədəni insan kimi ayrılmışıq. Çox çətinliklər gördük, amma heç kim hiss etmədi. Hər şey uşaqlarımız üçündür”. E.Altuğ Ç.Şikellə yenidən barışmaq ehtimalının olmadığını da deyib:
“Belə bir şey fikrimdə yoxdur. Mən Çağlanın həyatına qarışa bilmərəm. Sabah ikimizdən birimiz yenidən evlənə bilərik. Qabaqcadan danışmaq lazım deyil. Mənim isə ikinci dəfə evlənmək fikrim yoxdur. Çünki ən gözəl evliliyi Çağla ilə yaşadım”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.