Dəb ikonası Viktoriya Bekhem Nyu-York hava limanında görüntülənib. Cia.az “Dailymail”ə istinadən xəbər verir ki, britaniyalı dizayner hər zamankı kimi dəbə uyğun geyimi ilə diqqət çəkib. Bej rəngli şalvar və eyni parçadan tikilmiş palto geyinən V.Bekhem bu dəfə də qara eynəyini gözündən çıxarmayıb. Hündür ayaqqabılar geyinən Viktoriya iri klaç çanta götürüb.
Qeyd edək ki, Viktoriya Bekhem Nyu-York Moda Həftəsində nümayişə hazırlaşır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.