banner
banner

Gündəm

İran Eldar Mahmudovun vəhabi məsələsini araşdıracaq

İran Eldar Mahmudovun vəhabi məsələsini araşdıracaq

İran Xarici İşlər Nazirliyi Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəhabilərlə əməkdaşlığına dair məsələni araşdıracaq.

Cia.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabir Ansari açıqlama verib.

Mətbuat konfransı zamanı zalda olan jurnalistlərdən biri qeyd edib ki, kütləvi informasiya vasitələrində Azərbaycanın sabiq nazirinin Qafqazda vəhabilərin silahlanmasında vacib rol oynaması, Səudiyyə Ərəbistanı və İsraillə sıx əməkdaşlıq etməsi barədə xəbərlər yayılıb.

Jurnalist XİN rəsmisinə bunun İranın maraqlarına zərər verib-verməməsi barədə sual ünvanlayıb.

Suala cavab verən Hüseyn Cabir Ansari bu məsələnin araşdırılacağını bildirib: “Məsələ araşdırıldıqdan sonra müəyyən faktlar aşkar olunarsa, məlumat veriləcək”.

Hüseyn Cabir Ansari

Xatırladaq ki, prezident İlham Əliyev oktyabr ayının 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

E.Mahmudov vəzifəsindən azad edildikdən sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində həbslər başlayıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, yüksək rütbəli məmurlar uzun müddətdir ki, sahibkarlara qarşı cinayət törədib. Bu əməllərinin nəticəsində həmin məmurlar milyonlar əldə ediblər.

Belə ki, Eldar Mahmudovun tapşırığı ilə sahibkarların telefon danışıqlarına qulaq asılıb və MTN generalları bunun köməyi ilə Azərbaycanın biznes elitasını, eyni zamanda orta səviyyəli sahibkarları da şantaj edərək külli miqdarda pul mənimsəyiblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.