Bəşər Əsədin nəzarətində olan Suriya ordusu Qamışlıdakı "PKK-nın Suriya Qolu"na (PYD) 4 təyyarə dolu silah və sursat yardımı göndərib.
Publika.az bildirir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Suriya ordusu 4 təyyarəyə yüklənmiş silah-sursatı fevralın 7-də axşam saatlarında Haseke əyalətinin Qamışlı hava limanı vasitəsilə PYD-yə çatdırıb. Bəşər Əsəd tərəfindən silah-sursat yardımının edilməsində əsas məqsəd kimi PYD-nin strateji mərkəzi sayılan El-Şadadi qəsəbəsinin İŞİD-dən geri alınması göstərilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.