Əsasən körpülər, avtomobil yolları və tunelləri sahəsində ixtisaslaşmış "Evrascon" ASC-nin (Keçmiş "Azərkörpü" ASC-nin) Qazaxısantanda çalışan 100-ə yaxın işçisi beş aydır əmək haqlarını ala bilmir.
Cia.az “Bizim Yol” qəzetinə istinadən xəbər verir ki, onlar problemin həll olunması üçün müxtəlif qurumlara müraciət ediblər. Müraciətlərinin nəticəsiz qaldığını görən işçilər problemi ictimailəşdirməyi qərara alıblar.
“Bildirək ki, "Evrascon" Azərbaycan şirkətidir. Biz Bakıdan Qazaxıstana ezam olunmuş Azərbaycan vətəndaşıyıq. Yəni biz şirkətdə əvvəldən işləmişik, bir müddətdir ki, bizi Qazaxıstana gətiriblər. "Evrascon" 2014-cü ildən Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyinin sifarişlərini yerinə yetirir. Hazırda bu ölkənin üç şəhərində körpü tikir. Biz Almatı şəhərində işləyirik. Burada da qalırıq. Qaldığımız yerin şəraiti yaxşıdır".
İşçilərin müraciətində bildirilir ki, onlara 5 aydır əmək haqqı verilmədiyi üçün bir həftədir tətil elan ediblər: "Artıq 20 çox körpünü biz işləmişik. Maaşımız 1000 manatdır, çox deyil. Amma 2015-ci ilin sentyabr ayından maaşımızı vermirlər. Yaranmış problemlə bağlı Qazaxıstanda bizim rəhbərimiz olan Ramiz Tağıyevə şikayət etmişik. Bizi qəbul edib. Amma hər dəfə də yalan vədlər verilib. "Evrascon" şirkətinin Baş nazirin müavini Abid Şərifova məxsus olması heç kimə sirr deyil. Biz yaranmış problemlə bağlı Azərbaycanın Qazaxıstandakı səfirliyində olduq. Bizə buradan dedilər ki, müraciətimizi faksla göndərək. Amma bizim bu imkanımız olmadığı üçün müraciət edə bilmədik. "Evrascon"un İdarə heyətinin sədri Mənaf Şirinov bizimlə telefonla danışdı. Maaşımızın veriləcəyinə vəd verdi. Amma yenə olmadı. Bu problem təkcə bizdə deyil. Üç şəhərdə işləyən bütün işçilərin problemidir.
İşçilər bildirir ki, onların əmək müqaviləsi və ezamiyyət vərəqəsi var: "Amma bu sənədlər şirkətdədir. Bizim pasportumuz da hazırda "Evrascon"dadır. Məlumat üçün bildirək ki, bu şirkət Azərbaycan və Qazaxıstanla yanaşı Rusiya, Ukraynada fəaliyyət göstərir. Hər yerdə də fəhlələr Azərbaycan vətəndaşlarıdır".
Məsələ ilə bağlı qəztin şirkətə ünvanladığı sorğuya qısa cavab verilib. "İşçilərinin bir hissəsinin əmək haqqı artıq ödənilib. Digər əməkdaşların da əmək haqqı yaxın beş gün ərzində ödəniləcək".
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.