Xalqımızın toy adətləri çoxdan əvvəlki cəlbediciliyini itirib. Toylarımız sanki yarış meydanına çevrilib. “Qonşudan qalma dala” məsəlini əsas tutaraq daha gözəl, daha bahalı toy təşkil etmək, daha məşhur müğənniləri dəvət etmək, buna görə öyünmək üçün toy sahibləri “dəridən-qabıqdan” çıxır, hətta külli miqdarda borca da düşürlər. Toy məclislərində yaşanan israfçılıq haqda da dəfələrlə söz açılıb, deyilib, yazılıb, lakin hələ ki bu lüzumsuz dəbdəbənin qarşısı alınmır.
Avropa ölkələrində təşkil edilən toy məclisləri bizimlə müqayisədə təxminən 7-8 dəfə ucuz başa gəlir. Uzağa getməyək, elə götürək qardaş Türkiyəni. Toya demək olar ki, ən yaxın qohumlar, dostlar dəvət olunur, menyuda isə yalnız çay süfrəsi, meyvə, çərəz olur, spirtli içkiləri isə çox az halda görmək olur. Bəy və gəlinə qonaqlar tərəfindən qızıl və digər hədiyyələr verilir ki, bu da əsasən gənc ailəyə kömək məqsədi daşıyır.
Hazırda ölkəmizdə iqtisadi böhran yaşanır. Bəlkə də bu amil bizdə də toyların sadə keçirilməsinə vəsilə ola biləcək. Artıq bu yöndə “qığılcımlar” görünməyə başlayıb. Belə ki, qızılın qiymətinin bahalaşması toya hazırlaşan bir çox gənclərin qızıldan imtina etməsinə səbəb olub. Bəziləri isə mentalitetə qarşı gələrək xınayaxdı məclisini, qız toylarını ixtisara salaraq, dəbdəbəli toya deyil, sadə məclislərə üstünlük vermək istəklərini bildirirlər.
Bəs görəsən, tanınmış subay gənclər gələcəkdə bu cür toy etməyi düşünürmü? Gənclərin sadə toy keçirmək üçün hansı maraqlı ideyaları var?
Şair Şəhriyar Del Gerani suallarımızı yarızarafat, yarıciddi bu cür cavablandırdı: “Şəxsən mən gəlindən başqa toyumda heç kimi görmək istəməzdim. Toy dediyimiz gəlin və iki şüşə çaxırdır.
Gənclər toylarını böyük şadlıq evlərində keçirməkdənsə, öz evlərində təşkil etsələr daha yaxşı olar".
“AG blok”un təsisçilərindən olan Tural Abbaslı da toyların şadlıq evlərində keçirilməsinin əleyhinə olduğunu bildirib: “Hər kəs öz qapısında toy etsə, daha yaxşı, daha maraqlı olar. El arasında da ”Qapından toy səsi gəlsin" deyirlər, yəni evində toy çalınsın. Lakin müəyyən səbəblərdən Bakı şəhərində bu, o qədər də mümkün deyil.
Ümumiyyətlə, toy adət- ənənələrimiz xeyli deformasiyaya uğrayıb. Təəssüf ki, əksər hallarda gənclər ictimai qınaqdan çəkindikləri üçün yeni bayağı adətlərə tabe olmaq məcburiyyətində qalır. Keçirilən toy mərasimləri demək olar ki, yalnız şadlıq evləri sahiblərinin cibinə xidmət edir".
Tural Abbaslı gələcəkdə adət-ənənələrə uyğun toy məclisi keçirmək niyyətində olduğunu deyib:
“Əgər bu baş tutarsa, toyuma öz şad günümü bölüşmək istədiyim insanları dəvət etməyi düşünürəm. İstərdim ki, bu mərasim özümün dünyagörüşüm və yaşam tərzimə uyğun, adət-ənənələrə uyğun təşkil olunsun. Gördüyüm qədər toy mərasimlərinin keçirilməsində daha çox qız tərəfi diktə edir. Beləliklə, oğlan tərəfi xeyli çətinliklərlə üzləşir. Fikrimcə, qarşılıqlı anlaşma sayəsində sadə toy mərasimi təşkil olunsa, daha gözəl olar”.
Qeyd edək ki, bir neçə il bundan əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bu cür nümunə təqdim etmişdi. Baş kulinar övladlarının toy məclisini çox sadə və heç bir israfçılığa yol vermədən təşkil etmişdi. Dəvət olunan qonaqlar menyuya baxıb istədiyi içki və ya yeməyi sifariş edə biliblər. Ənənəvi toylarımızdan fərqli olaraq ilk olaraq süfrəyə plov verilib. Toyda fişəngdən, tüstüdən, od-alovdan istifadə olunmayıb. Səslənən musiqilər isə tələb olunan səviyyədə, qulaqbatırıcı olmayıb.
Təəssüf ki, bu nümunə ilk əvvəl ictimaiyyətdə maraq doğursa da, sonralar onu davam edən tapılmadı...
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.