banner
banner

Dünya

O prezidentin adından zəng etdilər - Ərdoğana şok dələduzluq

O prezidentin adından zəng etdilər -

Rusiyanın məşhur telefon fırıldaqçıları, Vovan və Leksusun budəfəki hədəfi Türkiyə prezidenti Ərdoğan olub.

Cia.az Rusiya KİV-ə istinadən xəbər verir ki, həmin şəxslər özlərini Ukrayna baş naziri və prezidenti kimi təqdim edərək bu dəfə Türkiyə prezidenti ilə telefon əlaqəsi saxladıqlarını iddia ediblər. Onların prezidentlə telefon danışıqlarının səs yazısı isə internetdə yerləşdirilib.

Səs yazısında özlərini Ukrayna prezidenti Poroşenko kimi təqdim edən fırıldaqçılar Ərdoğana Rusiya əleyhinə koalisiya yaratmaq istədiklərini və ondan bu koalisiyada iştirak edib-etməyəcəklərini soruşublar.

Ərdoğan olduğu iddia edilən şəxs isə “məmuniyyətlə, zərrə qədər şübhəniz də olmasın” cavabını verib.

Daha sonra Rusiyadan vurulan təyyarə ilə bağlı üzr istəmək niyyətində olub-olmadığını soruşublar. Lakin Ərdoğanın bu suala cavabı yayımlanmayıb. Onlar bildiriblər ki, bir televiziyaya söz verdikləri üçün audio yazını tam yayımlaya bilməyəcəklər.

Türkiyə prezident administrasiyası isə xəbəri təkzib edib və bildirilib ki, belə bir zənglə bağlı məlumatlı deyillər: “Prezidentə belə asan zəng etmək mümkün deyil. Bu, hesab edirəm ki, saxtadır. Belə ki, müvafiq danışıqlar üçün xüsusi kanallardan və prosedurlardan istifadə edilir”.

Qeyd edək ki, Vovan və Lexus siyasətçilər və məşhurlara etdikləri qalmaqallı zəngləri ilə tanınırlar. Onların qurbanları arasında Ukrayna patriarxı, Kseniya Sobçak, Lukaşenko, Saakşavili də olub. Sonuncu ən qalmaqallısı isə müğənni Eltin Cona prezident Putinin adından edilən zəng olmuşdu.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.