banner
banner

Sosİal

Şəkidə partlayış olub, xəsarət alan var

Şəkidə partlayış olub, xəsarət alan var
Şəkidə fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 13-ü axşam saat 21 radələrində Şəki şəhəri, Aşıq Cuma küçəsi 21 ünvanında yaşayan, 1962-ci il təvəllüdlü Gülnaz Nemət qızı Əhmədova hər iki qulaq seyvanının və sol əlin üs nahiyəsinin 2-ci dərəcəli termiki yanıq xəsarətləri  və sol ayağın baldır nahiyəsinin cırılmış yarası dioqnozu ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı  məlum olub ki, 54 yaşlı Gülnaz Əhmədova axşam saatlarında yaşadığı evdə evi qızdırmaq üçün quraşdırılmış istilik sisteminin “kombi” adlanan qaz cihazında qaz sızması hiss edib. G. Əhmədova qaz sızmasını dəqiqləşdirmək üçün kibrid yandıraraq “kombi” cihazını yoxlamaq istəyən zaman anidən alovla müşahidə edilən partlayış baş verib. Partlayış zamanı  “kombi” yerləşən otağın pəncərəsi sınıb, şüşələri qırılıb. Nəticədə G. Əhmədova xəsarətlər alıb. G. Əhmədovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.  Məlumatda o da bildirilir ki, G. Əhmədova Azərbaycan Beynəlxalq Bankının Şəki rayon filialında mühasib vəzifəsində işləyir.
 
Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.