Moskvada “Sokol” metrostansiyası yaxınlığında Leninqrad şossesində yerləşən ticarət pavilyonları azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Fazil İsmayılova məxsus olub. Buradakı ticarət obyektləri Fazil İsmayılovun Sokol rayonu şurasının rəhbəri və Moskva Şimal Dairəsinin qubernatorunun müavini postunda olarkən tikilib. Moskva ticarət və xidmət departamentinin rəisi Aleksey Nemeryukun sözlərinə görə, bütün obyektlərin sahibləri qanunsuz tikililərin söküləcəyi haqda məlumatlı olub: “Demək olar ki, hər bir tikiliyə dair məhkəmə çəkişmələri olub. Biz bu obyektlərin şəhərdə olmasının qanuniliyini mübahisəli hesab edirdik. Bu binaların sahiblərinin kimliyi hamıya məlumdur. ” Fazil İsmayılov Azərbaycanlı müflis olmuş milyarder Telman İsmayılovun böyük qardaşıdır (bəzi mənbələrdən bu məlumat təkzib olunur – red.). O 1951-ci ildə Moskvada doğulub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Xatırladaq ki, fevralın 9-na keçən gecə Moskvada şəhərə rəhbərliyinin qərarına əsasən paytaxtın müxtəlif metrostansiyaları yaxınlığında 97 ticarət obyekti sökülüb. Ticarət obyektləri sökülən biznesmenlər dəyən zərərin 30 milyard rubl təşkil etdiyini açıqlayıblar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.